Azərbaycanda pensiya ödənişləri 10 faiz artdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2026-cı ilin yanvar-sentyabr ayları üzrə pensiya ödənişləri ilə bağlı statistik göstəriciləri açıqlayıb.
hadiseler.info xəbər verir ki, bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz (548 milyon manat) çox olmaqla, ümumilikdə 5 milyard 874 milyon manat vəsait yönəldilib.
Məlumatda bildirilir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 oktyabr 2026-cı il tarixinə olan göstəricilərə əsasən, pensiyaların ortaaylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə ortaaylıq pensiyanın məbləği 634 manata çatıb.
Rəqəmsallaşma sahəsindəki göstəricilərə gəlincə, yanvar-sentyabr aylarında 28 min, elektron pensiya təyinatına başlanıldığı 2019-cu ilin əvvəlindən bu günədək isə ümumilikdə 206 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
No Comment! Be the first one.