Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
hadiseler.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Laos Prezidenti Thonqlun Sisuliti hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində ikitərəfli əlaqələrin və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə olunacağı gözlənilir.

No Comment! Be the first one.