Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi təqaüdə göndərildi
Nardaran Sağlamlıq Mərkəzinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
hadiseler.info Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) istinadən xəbər verir ki, Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova tutduğu vəzifədən azad olunub.
Bildirilib ki, onun vəzifədən azad edilməsi işdə olmanın son yaş həddi ilə əlaqədardır və təcrübəli həkim bu səbəbdən təqaüdə yola salınıb. BBSM-nin direktoru Nərgiz Şərifova Dilarə Salahovaya səhiyyə sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirib. Sabiq baş həkimə xidmətlərinə görə təşəkkürnamə təqdim olunub.

No Comment! Be the first one.