Yeni təyin olunmuş 39 hakim and içdi
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
hadiseler.info xəbər verir ki, Ali Məhkəmənin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, iclasda Prezident İlham Əliyevin 2026-cı il 10 oktyabr tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə təyin olunan 39 hakimin andiçmə mərasimi təşkil edilib.
Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, məhkəmə-hüquq islahatlarının məhkəmə sisteminin müasirləşdirilməsində və hakimlər korpusunun peşəkar kadrlarla komplektləşdirilməsindəki rolunu vurğulayıb. Hakimlərə fəaliyyətlərində qanunun aliliyini, müstəqillik və ədalət prinsiplərini rəhbər tutmaq tövsiyə olunub.
Tədbirdə “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq and içən hakimlərə xüsusi geyim formaları təqdim olunub.
No Comment! Be the first one.