“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı
“Qarabağ” Futbol Klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib. Klubun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev tutduğu vəzifədən ayrılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Agdam təmsilçisi rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumatda bildirilir ki, A.Hacıyev bu qərarı öz istəyi ilə verib.
Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Anar Hacıyevin fəaliyyəti dövründə “Qarabağ” komandası 2 dəfə Azərbaycan çempionluğunu və 1 dəfə ölkə kubokunu qazanıb.
No Comment! Be the first one.