Bakıda Laos Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib- FOTOLAR
Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi baş tutub.
hadiseler.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi ali qonağa raport verdikdən sonra Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçib. Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Mərasimin sonunda dövlət başçıları rəsmi foto çəkdiriblər.









No Comment! Be the first one.