Bir il öncə ürək köçürülən gənc vəfat etdi
Ötən il ürək transplantasiyası əməliyyatı olunmuş Tovuz rayon sakini qəfil vəfat edib.
hadiseler.info xəbər verir ki, 2005-ci il təvəllüdlü Rəşad Məmmədəliyev növbəti tibbi müayinədən keçmək üçün Bakı şəhərinə yola düşüb.
Lakin paytaxta gedən yolda 21 yaşlı gəncin vəziyyəti anidən pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.