İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar ziyafəti təşkil olunub.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, rəsmi ziyafətdən sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan tarixi fotolara baxıblar.
Dövlət başçıları ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman — 1986-cı ildə Laosa səfəri çərçivəsində Laos XKD Nazirlər Sovetinin sədri Keyson Fomfihanla görüşü zamanı çəkilmiş fotoları nəzərdən keçiriblər.
Qeyd edək ki, Keyson Fomfihan hazırda Laosun Baş nazirinin müavini və xarici işlər naziri vəzifəsini tutan Tonqsavan Fomfihanın atasıdır.









No Comment! Be the first one.