Seyfəddin Qəndilovun oğlu vəfat etdi
Mərhum professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının sabiq rektoru Seyfəddin Qəndilovun oğlu Zöhrab Qəndilov vəfat edib.
hadiseler.info xəbər verir ki, Zöhrab Qəndilov oktyabrın 13-də dünyasını dəyişib.
Qeyd edək ki, mərhum uzun müddət daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb. S.Qəndilovun digər oğlu Lətif Qəndilov isə hazırda Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərir.
No Comment! Be the first one.