Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib.
hadiseler.info xəbər verir ki, Laos Prezidenti xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq, ulu öndərin əziz xatirəsini ehtiramla yad edib.
Ali qonaq, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.









No Comment! Be the first one.