Kartdan karta köçürmələrdə yeni komissiya haqqı tətbiq olunacaq
Azərbaycanda aprelin 1-dən etibarən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri qüvvəyə minir.
hadiseler.info xəbər verir ki, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun olaraq tənzimlənəcək.
Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları müəyyən edilib:
100 manatadək: 3 qəpik;
100,01 – 1 000 manat: 10 qəpik;
1 000,01 – 10 000 manat: 50 qəpik;
10 000,01 – 40 000 manat: 2 manat;
40 000 manatdan yuxarı: 4 manat.
Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrası zamanı holds:
100 manatadək: 3 qəpik;
100,01 – 1 000 manat: 10 qəpik;
1 000,01 – 10 000 manat: 1 manat;
10 000,01 – 40 000 manat: 4 manat;
40 000 manatdan yuxarı: 8 manat.
Xarici valyutada (ABŞ dolları) həyata keçirilən ödənişlər üzrə tariflər isə belə müəyyənləşdirilib:
100 dollara qədər: 0.2 dollar;
100.01 – 1 000 dollar: 0.5 dollar;
1 000.01 – 10 000 dollar: 2 dollar;
10 000.01 – 40 000 dollar: 10 dollar;
40 000.1 dollardan yuxarı: 20 dollar.
No Comment! Be the first one.