Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Bakı şəhərində yol infrastrukturu üzrə aparılan genişmiqyaslı təmir və yenidənqurma proqramı çərçivəsində 90 küçə və prospektdə işlər artıq yekunlaşıb.
hadiseler.info “AAYDA”ya istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın 12 rayonunu əhatə edən proqram çərçivəsində ümumilikdə 110 küçə və prospektin yenilənməsi nəzərdə tutulub.
Məlumata görə, layihələndirilən işlərin 82 faizi uğurla icra edilib. Hazırda 6 küçədə təmir-tikinti işləri fasiləsiz davam etdirilir. Yaxın vaxtlarda isə daha 14 küçə və prospektin təmirə bağlanması və yenidən qurulması planlaşdırılır.
No Comment! Be the first one.