İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur yeni iqtisadi artım mərkəzi olacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, dövlət başçısı müraciətində Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti mərhələsində qarşıda duran əsas hədəfləri açıqlayıb.
Prezident bildirib ki, ikinci mərhələdə əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir.
Dövlət başçısı qeyd edib ki, regionda tətbiq edilən qabaqcıl şəhərsalma və mühəndislik həlləri beynəlxalq miqyasda da istifadə olunacaq qabaqcıl təcrübə formalaşdırır. Bu çərçivədə Bakıda BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə Dünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ölkəmizin nailiyyətlərinin qlobal səviyyədə təqdim olunmasına xidmət edib.
Ölkə rəhbəri “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil edilən “Rebuild Garabagh” və “BakuBuild” sərgilərinin yeni texnologiyaların təqdimatı və işgüzar tərəfdaşlıqların qurulması baxımından mühüm imkanlar yaratdığını bəyan edib.
No Comment! Be the first one.