Fransada kütləvi iğtişaşlar: Bağlanan məktəblərin sayı açıqlandı
Fransada şagird və tələbələrin davam edən etiraz aksiyaları səbəbindən 200-ə qədər orta məktəb fəaliyyətini dayandırıb.
hadiseler.info xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Eduard Jeffre “BFM TV” kanalına müsahibəsində məlumat verib.
Nazirin sözlərinə görə, məktəblərin bağlanması həm birbaşa aksiyalar, həm də təhlükəsizlik tədbirləri ilə bağlıdır. Hazırda ölkədəki orta məktəblərin 96 faizində tədris prosesi davam edir.
Məlumata görə, oktyabrın əvvəlindən başlayan etirazlar fonunda ölkə üzrə 375 liseyin fəaliyyətində tam və ya qismən axsamalar baş verib. Nümayişlər zamanı 7 min nəfər saxlanılıb, 215 şagird, 700-dən çox polis əməkdaşı və yüzə yaxın təhsil işçisi müxtəlif dərəcəli xəsarətlər alıb.
No Comment! Be the first one.