İraqda terror hücumu: General və əsgər həlak oldu
İraqda hərbi avtomobilin hədəf alınması nəticəsində İraq ordusunun briqada generalı və bir əsgəri həyata gözlərini yumub.
hadiseler.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Hadisə Kərkük şəhərindən təxminən 80 kilometr cənubda, İŞİD terror təşkilatının sığınacaqlarının axtarışı üzrə əməliyyat keçirən hərbi patrulun hərəkəti zamanı baş verib. Yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində yüksəkrütbəli zabit və hərbçi həlak olub.
Qeyd olunur ki, bu, cari ay ərzində İraqın təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən ikinci analoji hücumdur.
No Comment! Be the first one.