Pezeşkian Ermənistana səfər edəcək
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana qısamüddətli işgüzar səfər edəcək.
hadiseler.info xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai məlumat verib.
İran dövlət başçısı İrəvan şəhərində təşkil olunacaq BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) iştirak edəcək.
Səfər çərçivəsində Pezeşkianın tədbirdə iştirak edən digər ölkələrin liderləri ilə ikitərəfli danışıqlar aparması da nəzərdə tutulub.
No Comment! Be the first one.