Dağıstan Respublikasına yeni rəhbər seçildi
Dağıstan Respublikasının Xalq Məclisi keçirdiyi səsvermədə Fyodor Şukini respublikanın rəhbəri vəzifəsinə seçib.
hadiseler.info xəbər verir ki, parlamentdə keçirilən gizli səsvermədə deputatların əksəriyyəti F.Şukinin namizədliyini dəstəkləyib.
Qeyd edək ki, Fyodor Şukin bu vəzifəyə qədər Dağıstan Ali Məhkəməsinin sədri işləyib, bu ilin may ayından isə respublika rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edib.
Xatırladaq ki, bundan əvvəl respublikaya Sergey Melikov rəhbərlik edib. O, bu ilin may ayında vəzifəsindən istefa verib.
No Comment! Be the first one.