Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. İclasda partiyanın daxili təşkilati məsələlərinə baxılıb.
hadiseler.info xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının tərkibindən çıxarılıb.
Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifələrində çalışıb.
Hazırda Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma kimi ağır maddələrlə təqsirləndirilir.
No Comment! Be the first one.