Əlilliyi olan şəxslər və şəhid ailələri üçün vəsaitin ayrılma müddəti uzadıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə yeni Sərəncam imzalayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncama əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də reabilitasiya vasitələri və reabilitasiya xidmətləri ilə təmin edilməsi müddəti uzadılıb.
Sənədə əsasən, bu tədbirlər 2022–2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.
Qeyd edək ki, əvvəlki qərara əsasən, bu vəsaitin ayrılma müddəti 2026-cı ilə qədər nəzərdə tutulmuşdu.
No Comment! Be the first one.