Ukraynanın 15-dən çox enerji obyekti hədəfə alınıb
Ukraynanın energetika sektoru son vaxtların ən kütləvi və güclü hava hücumlarından birinə məruz qalıb.
hadiseler.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi sosial media hesabında məlumat paylaşıb.
Ölkə rəhbərinin sözlərinə görə, hücumlar nəticəsində Ukraynanın müxtəlif regionlarında yerləşən 15-dən çox kritik enerji obyekti birbaşa hədəf alınıb.
“Ən çətin vəziyyət Lutsk, Rivne, Jitomir, Vinnitsa, Şepetovka və Slavutada yaranıb. Zərbələr həmçinin Xarkov, Kiyev, Dnepropetrovsk və digər vilayətlərin energetika infrastrukturuna da endirilib”, – deyə Zelenski bildiriib.
Məlumata görə, infrastruktura vurulan ziyanın aradan qaldırılması və işıq təminatının bərpa olunması istiqamətində qəza-bərpa xidmətləri tərəfindən təcili işlər aparılır.
No Comment! Be the first one.