Misir Prezidenti 2030-cu ildə postunu tərk edəcəyini bəyan etdi
Misir Prezidenti Əbdülfəttah əs-Sisi səlahiyyət müddətinin 2030-cu ildə başa çatacağını və prezidentlik müddətinin uzadılması üçün Konstitusiyaya hər hansı dəyişikliyin edilməyəcəyini bildirib.
hadiseler.info xəbər verir ki, əs-Sisi prezidentlik müddətinin uzadılması məsələsinin gündəmdə olmadığını xüsusi vurğulayıb.
Ölkə rəhbəri məsələ ilə bağlı mövqeyini belə ifadə edib:
“2030-cu ildə mənim prezidentlik müddətim başa çatacaq. Bu məsələ tamamilə həll olunub”.
Qeyd edək ki, Əbdülfəttah əs-Sisi 2014-cü ildən etibarən Misir Ərəb Respublikasına rəhbərlik edir.
No Comment! Be the first one.