Xırdalanda yaşayış kompleksində yanğın olub- VİDEO
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birinin ərazisində güclü yanğın baş verib.
hadiseler.info xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə dərhal məlumat daxil olub.
Daxil olan çağırış üzrə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin canlı qüvvəsi və texnikası operativ şəkildə əraziyə cəlb olunub.
Yanğınşöndürənlərin vaxtında və çevik müdaxiləsi sayəsində alovun genişlənməsinin, həmçinin yaxınlıqdakı yaşayış binalarına və ticarət obyektlərinə keçməsinin qarşısı alınaraq yanğın qısa müddətdə tam söndürülüb.
FHN-in yaydığı son məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
No Comment! Be the first one.