Kürdəmirdə qatar yoluna çıxan kənd sakinini öldü
Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Kürdəmir rayonunun Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyev səhər saatlarında dəmir yolu xətti üzərindən keçməyə cəhd edərkən hərəkətdə olan qatar onu vurub.
Zərbənin gücündən V.Şahverdiyev aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə baş verən əraziyə dərhal rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və mütəxəssislər cəlb olunub.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən geniş araşdırma aparılır.
No Comment! Be the first one.