ABŞ-də futbol matçında Avtomobil azarkeşlərin üstünə sürüldü
ABŞ-nin Kanzas ştatının Uiçita şəhərində futbol matçı zamanı dəhşətli insident yaşanıb.
hadiseler.info xəbər verir ki, avtomobilin azarkeş izdihamına çırpılması nəticəsində iki nəfər həlak olub. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə zamanı bir uşaq və bir kişi aldığı ağır xəsarətlərdən həyatını itirib. İnsident nəticəsində həmçinin bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal xəstəxanalara yerləşdirilib.
Sürücü saxlanılıb
Nəqliyyat vasitəsini idarə edən sürücü hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildə sürüçüdən başqa daha iki azyaşlının olduğu müəyyən edilib.
Polis idarəsindən hələlik sürücünün şəxsiyyəti haqqında ətraflı məlumat verilməyib və avtomobilin kütlə üzərinə qəsdən, yoxsa bədbəxt hadisə nəticəsində sürüldüyü açıqlanmayıb.
Faktla bağlı genişmiqyaslı istintaq-araşdırma tədbirləri davam etdirilir.
No Comment! Be the first one.