Lökbatanda ticarət obyektində yanğın baş verib – FOTO
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən obyektdə yanğın baş verib.
hadiseler.info xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə dərhal məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası operativ şəkildə əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik və vaxtında müdaxiləsi sayəsində ümumi sahəsi 100 kvadratmetr olan anbarda baş vermiş yanğın genişlənmədən və bitişik yerləşən digər anbarlara yayılmadan qısa müddətdə tam söndürülüb.
Hadisə nəticəsində anbarın yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. FHN-dən bildirilib ki, insident zamanı xəsarət alan olmayıb və digər anbarlar yanğından tam mühafizə olunub.



No Comment! Be the first one.