Türkiyəli narkobaron Almaniyada xəstəxanadan skuterlə QAÇIRILDI
Almaniyanın Essen şəhərində dəhşətli və kino süjetlərini xatırladan hadisə baş verib. Türkiyəli narkobaron Diyar Gündüz maskalı və silahlı şəxslərin köməyi ilə mühafizəçilərin əlindən qaçırılıb.
hadiseler.info “Sabah” nəşrinə istinadən xəbər verir ki, insident oktyabrın 14-də müalicə olunduğu xəstəxanada qeydə alınıb.
Məlumata görə, xəstəxanaya basqın edən silahlı və maskalı şəxslər nəzarətçi mühafizəçiləri qandallayıblar. Daha sonra narkobaron D.Gündüzün qandallarını açaraq onun binadan çıxmasına şərait yaradıblar. Təqibin qarşısını almaq məqsədilə hücum edənlər binanın girişinə partlayıcıya bənzəyən qumbara maketi də yerləşdiriblər.
Diyar Gündüz və ona kömək edən silahlı şəxslər binanı tərk etdikdən sonra əvvəlcədən hazırladıqları elektrikli skuterlərə minərək müxtəlif istiqamətlərdə gözlərdən itiblər.
Qeyd edək ki, iki ayrı məhkəmə işi üzrə ümumilikdə 17 il həbs cəzasına məhkum edilən, lakin hökmləri hələ tam qüvvəyə minməyən Diyar Gündüz və ona qaçmaqda yardım edən iki nəfər Avropa miqyasında rəsmi axtarışa verilib.
No Comment! Be the first one.