Adanada yaşayış evinə əl bombası atıldı
Türkiyənin Adana şəhərinin mərkəzi Yüreğir rayonunda yaşayış evinə əl yapımı patlayıcı atılıb.
hadiseler.info “DHA”ya istinadən xəbər verir ki, insident Koza məhəlləsində yerləşən Ali T.-yə məxsus evdə qeydə alınıb.
Məlumata görə, kimliyi hələlik müəyyən edilməyən şəxs və ya şəxslər gecə saatlarında evin giriş qapısına el yapımı patlayıcı ataraq ərazidən uzaqlaşıblar. Partlayışın gücündən mənzilin pəncərələri və qapıları parçalanıb. Bu zaman evdə olan 2-si uşaq olmaqla 5 nəfər böyük təşviş və panika içində küçəyə qaçıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Xoşbəxtlikdən, hücum nəticəsində xəsarət alan olmayıb. Həkimlər evdə olan 5 nəfəri yerində müayinə edərək ilkin tibbi yardım göstəriblər.
Ərazidə təhlükəsizlik tədbirləri kəskin gücləndirilib, bölgəyə xüsusi təyinatlı polis qüvvələri yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıb.
No Comment! Be the first one.