Əhmədlidəki piyadanın ölümü ilə nəticələnən qəzanın anbaan VİDEO
Xətai rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Gəncə prospektində baş verən qəzanın anbaan kadrlarını təqdim edib.
Görüntülərdə “Hyundai” markalı avtomobilin yüksək sürətlə hərəkət edərək manevr qaydalarını kobud şəkildə pozduğu görünür. Sürətlə gələn nəqliyyat vasitəsi digər maşına çırpılıb, zərbənin təsirindən idarəetməni itirən avtomobil isə səki ilə gedən piyada qadını vuraraq onun ölümünə səbəb olub.
NİİM bu faciəvi hadisəni xatırladaraq sürücüləri yollarda məsuliyyətli olmağa çağırıb:
“Manevretmə qaydalarının pozulması təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır. Bəzi sürücülər zolaq dəyişərkən işıq siqnalı yandırdıqda üstünlüyün onlarda olduğunu düşünürlər, yaxud ümumiyyətlə siqnal vermədən manevr edirlər. Sürücü diqqətsizliyi və qayda pozuntuları insan itkisinə səbəb olur. Sürücülərdən qaydalara tam əməl etməyi xahiş edirik.”
No Comment! Be the first one.