Milana hərbi qüvvələr göndərilir
İtaliya rəhbərliyi iki gün davam edən şiddətli iğtişaşlardan sonra asayişi bərpa etmək məqsədilə Milan şəhərinə 500 nəfərlik hərbi qüvvə yerləşdirmək qərarına gəlib.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı İtaliyanın Baş nazirinin müavini Matteo Salvini açıqlayıb.
“Reuters” agentliyinin məlumatına görə, şəhərə hərbi kontingentin yeridilməsi İtaliya Nazirlər Kabinetinin təsdiqləyəcəyi genişmiqyaslı təhlükəsizlik tədbirləri paketinə daxil edilib.
Qeyd edək ki, oktyabrın 17-18-də Milan və İtaliyanın şimal bölgəsində yerləşən digər şəhərlərdə qiymət artımına və dövlət xidmətlərinin keyfiyyətsizliyinə etiraz olaraq keçirilən aksiyalar sonradan kütləvi iğtişaşlara və qarətlərə çevrilib. Nümayişçilər mağazaları talan edib, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə şiddətli toqquşmalar törədiblər. Milanda baş verən hadisələr zamanı ümumilikdə 271 nəfər saxlanılıb, 32 etirazçı barəsində isə həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.