Oktyabr ayının pensiya ödənişləri tam yekunlaşdı
Azərbaycanda oktyabr ayı üzrə pensiyaların ödənilməsi prosesi tam başa çatıb.
hadiseler.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, pensiya ödənişləri mərhələli şəkildə həyata keçirilib. Belə ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə pensiyalar köçürülüb. Bu gün isə respublikanın digər bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları, eləcə də güzəştli şərtlərlə təyin edilmiş pensiyaların ödənişi tam təmin olunub.
Vətəndaşlar pensiya və müavinətlərini ayrılmış plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
No Comment! Be the first one.