Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva oktyabrın 20-də Aşqabadda Milli Türkmən Xalçası Muzeyini ziyarət ediblər.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, ziyarət zamanı qonaqlara Türkmənistanın qədim xalçaçılıq ənənələri və muzeydə saxlanılan qiymətli eksponatlar barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, muzeyin fondlarında 2000-ə yaxın nadir və qədim əl işi xalça məmulatı, o cümlədən XVII-XIX əsrlərə aid unikal nümunələr qorunur. Onların arasında “Ginnesin Rekordlar Kitabı”na daxil edilmiş dünyanın ən böyük xalçası və İkinci Dünya müharibəsi illərində toxunulmuş nəhəng xalça kimi tarixi eksponatlar yer alır.
Ziyarətdən sonra milli türkmən geyimlərinin moda sərgisi keçirilib. Nümayişdə əl işi naxışlı ipək türkmən libasları, qədim milli və müasir elementlərlə sintez olunmuş geyimlər təqdim edilib.








No Comment! Be the first one.