Oktyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb
Oktyabrın 22-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı rəsmi proqnoz açıqlanıb.
hadiseler.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16–18° isti, gündüz 20–24° isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 65–75% arasında olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi bölgələrdə duman müşahid olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14–17° isti, gündüz 20–25° isti, dağlıq ərazilərdə gecə 7–12° isti, gündüz isə 12–17° isti olacaq.
No Comment! Be the first one.