Bakıda 2 yaşlı uşaq su kanalında boğuldu
Bakının Xəzər rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
hadiseler.info xəbər verir ki, faciəvi hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısından keçən su kanalına yıxılaraq boğulub. Azyaşlı hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.