Bakıda havanın isti keçməsinin səbəbi açıqlandı – Ekoloqdan açıqlama
Bu il oktyabr ayında müşahidə olunan anomal isti hava şəraiti vətəndaşlar arasında müəyyən narahatlıq yaradıb.
hadiseler.info “Bizim.media”ya istinadən xəbər verir ki, ötən 21 gün ərzində Bakı və Abşeron yarımadasında orta temperatur +23-25 dərəcə təşkil edib. Oktyabrın 18-də isə Bakıda maksimum temperatur +30 dərəcəyə çatıb. Halbuki bu ay üçün aylıq iqlim norması +16.1 dərəcədir.
Mövzu ilə bağlı açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, oktyabr ayında havaların belə keçməsi Azərbaycan, xüsusən də Bakı və Abşeron yarımadası üçün xarakterik haldır:
“Adətən bu ayda cənubdan isti hava kütlələri daxil olur və payız havasına mülayimlik qatır. Axşamlar və gecələr hava xeyli sərinləyir. Tarixə nəzər salsaq, oktyabr ayı əsasən isti keçir. İnsanları narahat edən əsas məsələ iqlim dəyişikliklərinin geniş təbliğ olunmasıdır. Lakin iqlim dəyişiklikləri Yer kürəsi yaranandan bəri baş verən prosesdir, narahatlığa əsas yoxdur.”
Mütəxəssislər qeyd edir ki, havaların yağıntısız və mülayim keçməsi kənd təsərrüfatı (xüsusilə payızlıq əkinlər) və mənzil-kommunal təsərrüfatı üçün mühüm üstünlüklər yaradır.
No Comment! Be the first one.