Bakıda autizmli uşağa şiddət tətbiq edən müəllim ÜZR İSTƏDİ – VİDEO
“Brain Academy” təlim mərkəzinin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq edən müəllim rəsmi şəkildə üzr istəyib.
hadiseler.info xəbər verir ki, bununla bağlı təlim mərkəzinin sosial şəbəkə səhifəsində müvafiq videoaçıqlama paylaşılıb.
Zorakılıq tətbiq edən müəllim video müraciətində törətdiyi əməldən dərin peşmanlıq hiss etdiyini bildirərək qeyd edib:
“Baş verən hadisəyə görə uşağımızdan, onun ailəsindən və hər kəsdən səmimi qəlbdən üzr istəyirəm. Bilirəm ki, bir müəllim olaraq etdiyim hərəkət çox yanlış və pisdir. Uşaqlara sevgi və anlayış göstərmək əvəzinə narahatlıq yaratdım. Etdiyim hərəkətdən çox peşmanam. Sözlərimin olanları dəyişməyəcəyini bilsəm də, hər kəsdən üzr istəyirəm.”
Xatırladaq ki, sözügedən filialda 2 yaşlı autizmli uşağa qarşı edilən kobud rəftar və zorakılıq görüntüləri ictimaiyyətdə böyük narazılığa səbəb olmuşdu.
No Comment! Be the first one.