Naxçıvanda yüksəkvəzifəli məmur həbs edildi
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Naxçıvan Aqroservis” ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev barəsində məhkəmə qərarı çıxarılıb.
hadiseler.info xəbər verir ki, Naxçıvan Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb olunan C.Ağaməliyev məhkəmə qarşısına çıxarılıb. Məhkəmə prosesində dövlət ittihamçısı cinayətin xarakterini və ibtidai araşdırmanın təzə başlandığını nəzərə alaraq, təqsirləndirilən şəxsin həbs olunmasını istəyib.
Məhkəmə prokurorluğun təqdimatını əsaslı hesab edərək Cavid Ağaməliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. İstintaqdan yayınma və yer dəyişdirmə ehtimalları nəzərə alınaraq qəbul edilən qərardan dərhal sonra təqsirləndirilən şəxs məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib. Qeyd edək ki, C.Ağaməliyevə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmə maddəsi ilə ilkin ittiham elan olunub.
No Comment! Be the first one.