Bakıda bu avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir
Paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində aparılacaq yol təmir işləri ilə əlaqədar ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
hadiseler.info Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, oktyabrın 23-dən etibarən Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyat tətbiq olunacaq.
Sözügedən məhdudiyyət səbəbindən 149, 149E və 164 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq alternativ küçələrə yönləndiriləcək. Sürücülərdən və sərnişinlərdən hərəkət sxemindəki dəyişikliyi nəzərə almaları xahiş olunur.
No Comment! Be the first one.