İbad Hüseynov Gürcüstan hava limanında saxlanıldı
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstana səfəri zamanı saxlanılıb.
hadiseler.info “Lent.az”a istinadən xəbər verir ki, bu barədə məlumatı Milli Qəhrəmanın yaxınları sosial şəbəkələrdə paylaşıblar.
Məlumata görə, oktyabrın 23-də Gürcüstanda keçiriləcək tədbirdə iştirak etmək üçün Tbilisiyə gedən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Gömrükçülər ona ölkə ərazisinə buraxılmayacağı barədə xəbərdarlıq ediblər.
Yaranmış insidentlə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliliyi dərhal məsələyə müdaxilə edib. Diplomatik danışıqlardan sonra İbad Hüseynov sərbəst buraxılaraq ölkəyə daxil olmasına şərait yaradılıb.
No Comment! Be the first one.