Monteneqro Aİ-nin 28-ci üzvü ola bilər
Monteneqronun yaxın illərdə Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv seçilməsi gözlənilir.
hadiseler.info “Reuters”ə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Monteneqronun 2028-ci ildə Avropa İttifaqının 28-ci üzvü ola biləcəyini bəyan edib.
Almaniya hökumətinin rəhbəri bu açıqlamanı Monteneqronun Miloçer şəhərində təşkil olunan Berlin Prosesi sammitindəki çıxışı zamanı səsləndirib.
Fridrix Merts Avropa və region liderlərinin Qərbi Balkan ölkələrinin üzvlük prosesini yenidən konstruktiv məcraya qaytara bildiklərini diqqətə çatdırıb:
“Aİ-yə tədricən inteqrasiya namizəd ölkələrdə aparılan islahatların faktiki nəticələrindən asılı olmalıdır. Qərbi Balkan ölkələrinin bir-biri ilə daha sıx əməkdaşlığı fonunda iqtisadi inteqrasiya regionun investorlar üçün cəlbediciliyini artıracaq və Aİ-nin vahid bazarına daxil olmağa şərait yaradacaq.”
No Comment! Be the first one.