Türkiyədə mədəndə güclü partlayış: Ölənlər var- VİDEO
Türkiyənin Zonquldaq bölgəsində, Dərəiçi məhəlləsində yerləşən özəl daş kömür mədənlərindən birində kəskin partlayış baş verib.
hadiseler.info xəbər verir ki, ilk ehtimallara görə, dəhşətli insident mədən qazının partlaması nəticəsində meydana gəlib.
Hadisə nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralanan fəhlələrdən 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə dərhal Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.
Mədəndə məhsur qalan 1 fəhlənin xilas edilməsi üçün axtarış-xilasetmə işləri fasiləsiz olaraq davam etdirilir.
No Comment! Be the first one.