“İran düşmənin zəif cəhətlərini bilir”
İranın Ali Lideri Müctəba Xameneinin müşaviri Məhəmməd Muhbir ölkəsinin müdafiə və stratetji imkanları, eləcə də regiondakı mövcud gərginliklə bağlı növbəti xəbərdarlıq xarakterli bəyanatla çıxış edib.
hadiseler.info xəbər verir ki, Məhəmməd Muhbir bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
İranın neft və enerji sektorundakı güclü təsir imkanlarını xatırladan müşavir Tehranın ata biləcəyi gözlənilməz addımların bütün mövcud geosiyasi hesablamaları kökündən dəyişməyə qadir olduğunu vurğulayıb. O, ABŞ və İsrailin İrana qarşı intensiv psixoloji müharibə apardığını qeyd edərək, hərbi hücum təhdidlərinin güc göstəricisi deyil, əksinə qarşı tərəfin çarəsizliyindən xəbər verdiyini iddia edib.
Məhəmməd Muhbir bəyanatında həmçinin bildirib:
“İran düşmənin zəif cəhətlərini yaxşı bilir. Burada min illərdir mövcud olan bir xalq qalır, sionist rejim isə öz sonunu düşünə bilər.”
No Comment! Be the first one.