Komaya düşdüyü deyilirdi – Kim Çen In Çinə səfər etdi
Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın “Yonhap” agentliyi yayıb.
Məlumata görə, Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılmış körpü vasitəsilə baş tutub. Bununla belə, həm Şimali Koreyanın, həm də Çinin rəsmi qurumları səfərlə bağlı yayılan məlumatları hələlik şərh etməyiblər.
Xatırladaq ki, bir müddət əvvəl Böyük Britaniyanın “The Sun” nəşri Şimali Koreya liderinin beyninə qan sızması nəticəsində komaya düşdüyü, vəziyyətinin kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən təcili müalicə üçün Çinə aparıldığı barədə məlumatlar yaymışdı. Həmin xəbərlərin ardınca Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi dövlət başçısının ölkədə sərgidə çəkilmiş fotoşəkillərini dərc etmişdi.
No Comment! Be the first one.