Bəzi rayonlara qar yağdı – Faktiki hava şəraiti açıqlandı
Azərbaycan ərazisində müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 24-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə isə yağıntılar leysan xarakterli intensiv və güclü olub.
Məlumata görə, Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb. Qeydə alınan qar örtüyünün hündürlüyü Şahdağda 3 sm təşkil edib. Paytaxtda isə Bakı və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb.
Respublikanın digər rayonlarında düşən yağıntının miqdarı aşağıdakı kimi olub:
Kişçay (Şəki): 47 mm
Zaqatala: 44 mm
Sarıbaş (Qax): 17 mm
Ağsu: 7 mm
Xızı, Hacıqabul: 6 mm
Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Zərdab, Beyləqan, Biləsuvar, İmişli, Kürdəmir, Qrız, Ağdam, Qubadlı, Füzuli, Kəlbəcər, Zəngilan, Şuşa: 4 mm-dək
Həmçinin bildirilib ki, oktyabrın 23-də saat 23:15 radələrində Şəki rayonunun Oxud və Kişçay kəndlərinə diametri 5-7 mm olan dolu düşüb.
No Comment! Be the first one.