İlham Əliyev Tokayevi təbrik edib
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı Qazaxıstanın milli bayramı – Respublika Günü münasibətilə Kasım-Jomart Tokayevi və qardaş Qazaxıstan xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıb.
Məktubda Qazaxıstanın yürüdülən düşünülmüş siyasət nəticəsində hərtərəfli inkişaf edərək bütün sahələrdə nailiyyətlər əldə etdiyi, iqtisadi potensialını gücləndirdiyi və beynəlxalq aləmdə böyük nüfuz qazandığı vurğulanıb. Öлкə başçısı müntəzəm qarşılıqlı səfərlərin, görüşlərin və fəal dialoqun ikitərəfli münasibətlərin daha sürətlə inkişafında, strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib, bu yaxınlarda AQEM-in 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfəri yüksək qiymətləndirib.
Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələrinin zəngin mənəvi dəyərlərdən və xalqlarımızın qardaşlığından güc alaraq birgə səylərlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə olunub.
No Comment! Be the first one.