Rayonlara qar yağıb – Faktiki hava
Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağışlar müşahidə olunur.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb. Kəlbəcərdə qar örtüyünün hündürlüyü 2 sm təşkil edib. Bakıda və Abşeron yarımadasında 9 mm-dək yağıntı qeydə alınıb.
Respublikanın digər bölgələrində düşən yağıntının miqdarı Neftçalada 48 mm (aylıq normanın 106%-i), Biləsuvarda 21 mm, Mingəçevirdə 20 mm, Lerikdə 15 mm, Lənkəranda 11 mm, Qobustan, Astara və Daşkəsəndə 6 mm, Salyanda 5 mm, eləcə də digər rayonlarda 4 mm-dək olub. Şuşa, Xankəndi, Xocalı və Füzulidə də arabir yağış yağıb. Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qusar, Qax (Sarıbaş), Şəki, Xızı, Qrız və Göyçayda isə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
No Comment! Be the first one.