Sabah Bakıda hava necə olacaq?
Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən faktiki hava şəraiti açıqlanıb.
hadiseler.info Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, paytaxtda və yarımadada hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16°, gündüz isə 17-20° isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 60-65% olacaq.
Azərbaycanın bölgələrində də bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağıntılar səhər tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Rayonlarda havanın temperaturu gecə 12-15°, gündüz 17-20° isti, dağlıq ərazilərdə isə gecə 0-5°, gündüz 5-9° isti olacağı proqnozlaşdırılır.
No Comment! Be the first one.