DİM bu şəxslər üçün növbəti imtahan keçirir
Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının növbəti mərhələsi keçirilib.
hadiseler.info xəbər verir ki, bu gün DİM tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi təşkil olunub. İmtahan kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərində 4 nömrəli orta məktəbdə keçirilib. Prosesin idarə olunması üçün 2 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 45 nəzarətçi və 7 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Məlumata əsasən, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat 10:00-da başlayıb və 3 saat davam edib. Bu imtahanda ümumilikdə 524 nəfər iştirak edib. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün MHBS üzrə PMS və İctimai Sektor üçün MUBİS – I, II səviyyə PMS imtahanı isə saat 16:00-da başlanıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə dərhal tanış ola bilirlər. Yekun imtahan nəticələrinin isə yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elan olunacağı bildirilib.
No Comment! Be the first one.