İran 48 ildən sonra ilk dəfə ABŞ-dən kompensasiya aldı
İran tarixi ərzində ilk dəfə olaraq tətbiq edilən sanksiyalara görə ABŞ-dən maliyyə kompensasiyası əldə etməyə nail olub.
hadiseler.info xəbər verir ki, əldə olunan vəsait “kəpənək xəstəliyi”ndən əziyyət çəkən şəxslərə ödəniləcək. Bu barədə “EB Evi” təşkilatının baş direktoru Həmid Həşimi Qolpayeqani bəyanat verib.
Qolpayeqani bildirib:
“İslam Respublikasının 48 illik mövcudluğu ərzində biz ilk dəfə olaraq ABŞ-yə qarşı hüquqi müstəvidə bu cür maliyyə nəticəsi əldə edə bildik və bu ölkənin əmlakını müsadirə etdik”.
Məlumata görə, “EB Evi” təşkilatı və xəstə yaxınları anti-İran sanksiyaları səbəbindən xüsusi tibbi sarğıların ölkəyə tədarükünün dayandırılmasına cavab olaraq məhkəməyə müraciət ediblər. Məhkəmə qərarı ilə ABŞ-yə məxsus neft yükü üzərinə həbs qoyularaq müsadirə olunub. Əldə edilən maliyyə vəsaitinin sanksiyalardan əziyyət çəkən vətəndaşlara təzminat şəklində ödənilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bəyan etmiş, Tehranın artıq effektiv silahlı qüvvələrə malik olmadığını iddia etmişdi.
No Comment! Be the first one.