Trampdan İrana dair AÇIQLAMA: “Bu gün hücum olmayacaq”
ABŞ Prezidenti Donald trasm İrana qarşı hərbi əməliyyatlarla bağlı yeni açıqlama verib. O, cari gündə İrana heç bir hücumun təşkil olunmayacağını bildirib.
hadiseler.info xəbər verir ki, Ağ Evdən Miçiqan ştatında keçiriləcək seçki mitinqinə yollanarkən jurnalistlərin suallarını cavablandlandıran ABŞ lideri İrana qarşı hücumların yaxın vaxtlarda başa çatmasının gözlənilib-gözlənilmədiyi barədə suala qısa olaraq belə cavab verib:
“Heç nə demək istəmirəm. Cavab xeyrdir. Bu gün hücum olmayacaq”.
Daha əvvəl İranla müharibədə istədikləri bütün nəticələrə nail olduqlarını iddia edən Donald Tramp Tehranın hərbi və iqtisadi imkanlarının ciddi şəkildə zəiflədildiyini vurğulayıb. ABŞ Prezidenti Tehranla razılaşma əldə etmək və ya hərbi əməliyyatları davam etdirmək arasında seçim qarşısında qaldıqlarını qeyd edərək, “Onlarla razılaşma əldə edim, yoxsa onları məhv edim? Yeganə sual budur” deyə bildirib. O, həmçinin Hörmüz boğazına tam nəzarət etdiklərini və İrana qarşı dəniz blokadasının effektiv şəkildə davam etdiyini iddia edib.
Xatırladaq ki, ABŞ Prezidenti ötən gün də İranı yenidən bombalama ehtimalını istisna etməmiş, ya müharibəni sonadək davam etdirməli olacağını, ya da İranın razılaşmaya gedəcəyini bildirmişdi.
No Comment! Be the first one.