Dövlət sərhədini pozmağa cəhd edən 3 əfqan saxlanıldı
Azərbaycanın cənub sərhədində qanunsuz miqrasiya cəfününün qarşısı alınıb.
hadiseler.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.